Sabunçuda 7 narkotacir tutuldu - Biri qadındır

saytların hazırlanması

Evə çatdırılma

Sabunçuda 7 narkotacir tutuldu - Biri qadındır

Kriminal

11 Mart 2023 13:41 832


Maştağa və ətraf qəsəbələrdə narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı əməliyyatlar keçirilib.

Yenisabah.az xəbər verir ki, ümumən 7 nəfər saxlanılıb

Maştağa qəsəbə sakini Malik Qədimov narkotiklərin satışında şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 5 kiloqrama yaxın marixuana aşkar edilib.   Toyuqlu pizza

M. Qədimov Maştağa qəsəbəsində narkotiklərin satışını təşkil edən əsas şəxslərdən biri olub. Araşdırma zamanı onun narkotikləri İranda yaşayan şəxsiyyəti məlum olmayan həmin ölkənin vətəndaşından aldığı müəyyən edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq M.k Qədimovun paytaxt ərazisində narkotiklərin satışını təşkil etmək üçün yaratdığı narkoşəbəkənin digər üzvlərinin də saxlanılması təmin olunub.

Tədbirin davamı olaraq İzzət Abdullayev, Kənan Ələkbərov, Yusif Rəhimov, Teymur Xəlilov və Azad Manafov da saxlanılıblar. Bu şəxslərdən də əlavə olaraq hazır bükümlər şəklində satış üçün qablaşdırılan külli miqdarda heroin, metamfetamin və marixuana aşkar olunub. 

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı isə Savalan yaşayış massivində narkotik vasitələrin satışı ilə məşğul olan Elnarə Ələkbərova da saxlanılıb. Onun yaşadığı evdən isə satmaq üçün nəzərdə tutulan 17 ədəd kibrit qutusunda qablaşdırllan marixuana, eləcə də 9 büküm heroin və metamfetamin aşkar olunub.

Elnarə Ələkbərova ifadəsində narkotik maddələrin satışı ilə məşğul olduğunu etiraf edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!