Sağlamlıq Mərkəzinin baş həkimi qəzaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

Sağlamlıq Mərkəzinin baş həkimi qəzaya düşdü

Hadisə

21 Dekabr 2022 00:32 904


Oğuzda Ailə Sağlamlıq Mərkəzinin baş həkimi qəzaya düşüb.

Yenisabah.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Oğuz rayonu Xaçmaz kənd ərazisində baş verib.

1989-cu il təvəllüdlü Oğuz şəhər sakini Murad Səftər oğlu Sərkərov “Opel Vectra” markalı avtomobillə hərərəkdə olarkən idarəetməni itirib. pizza

Bu zaman avtomobil aşıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan M. Sərkərov əvvəlcə Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Yaralıya Oğuz RMX-da ilkin yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Qəbələ RMX-a göndərilib.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşən M. Sərkərov Oğuz RMX-nın Xaçmaz kənd Ailə Sağlamlıq Mərkəzinin baş həkimidir./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!