Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin tərkibində dəyişiklik   - FƏRMAN

saytların hazırlanması

Evə çatdırılma

Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin tərkibində dəyişiklik - FƏRMAN

Siyasət

12 Dekabr 2020 17:31 869


Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilib. 

Yenisabah.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. 

Fərmanla Fondun İdarə Heyətinin tərkibində dəyişiklik edilib.  pizza

Dəyişikliyə əsasən, İdarə Heyətinin tərkibi dörd nəfərdən – Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və sədrin üç müavinindən ibarət olacaq. 

Buna qədər isə İdarə Heyətinin tərkibi üç nəfərdən – Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və sədrin iki müavinindən ibarətdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!