Sahildə qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sahildə qaz olmayacaq

Sosial

14 Noyabr 2024 09:45 424


Bu gün Qaradağ rayonundakı Sahil qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

"Azəristiliktəchizat" ASC-nin sifarişinə əsasən Sahil qəsəbəsində yerləşən 5 ədəd qazanxananı təbii qazla təmin edən qaz xəttində aparılacaq təmir işləri ilə əlaqədar olaraq şəbəkəyə qoşulması, qaz xətti üzərində sayğacın və tənzimləyicinin quraşdırılması məqsədilə noyabrın 14-də saat 10:00-dan 13:00-dək qaz təchizatı dayandırılacaq. pizza

Təmir-quraşdırma işləri aparılan müddətdə Sahil qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!