“Discovery+” şahzadə Diananın ölümü ilə bağlı yeni sənədli serial çəkəcək.
Yenisabah.az “The Independent”ə istinadla xəbər verir ki, cəmi 4 bölümdən ibarət olacaq serialın adı “Diana haqqında araşdırma: Parisdə ölüm” olacaq.
Serialın yaradıcıları onun ölümü ilə bağlı hadisələri canlandırmağa və prosesə öz qiymətlərini verməyə çalışacaqlar. Layihə onun ölümü ilə bağlı 2 rəsmi araşdırmaya həsr olunub. Birincisi 1997-ci ildə, avtomobil qəzasından dərhal sonra, ikincisi isə 2004-cü ildə Paris polisi qəzanın səbəblərini müstəqil şəkildə araşdırmağa başlayanda keçirilib. pizza sifarişi
Serialın rejissorları Vill Cesop və Barnebi Palomdur.
Xatırladaq ki, şahzadə Diana 1997-ci il avqustun 31-də misirli iş adamı Dodi əl-Fayed ilə birlikdə Parisdə avtomobil qəzasında dünyasını dəyişib.
Telegram kanalımız