Şairə Solmaz Şirvanlı vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Şairə Solmaz Şirvanlı vəfat etdi

Hadisə

21 Yanvar 2023 00:41 1169


Azərbaycan Yazıçılar Birliyinin Şirvan bölməsinin üzvü, şairə Solmaz Şirvanlı (Solmaz Ağaxan qızı Ədilova) dünyasını dəyişib.

Yenisabah.az xəbər verir ki, bu haqda şair Yusif Nazim Ərəbsoy özünün "Facebook" səhifəsində məlumat yayıb.

Qeyd edək ki, Solmaz Ağaxan qızı Ədilova 1955-ci il fevralın 1-də Şamaxı rayonunun Ovculu kəndində dünyaya göz açıb. 1972-ci ildə orta məktəbi bitirib. 1994-1995-ci illərdə Musa Yaqubun redaktor olduğu "Cavanşir yurdu" rayon qəzetində çalışıb. Sezar pizza

Ədəbi yaradıcılığa 1977-ci ildən başlayıb, ilk şeiri "Yeni Şirvan" qəzetində çap olunub.

"Tanrım mənə qəm qıyıb" (2002) və "Duyğu çiçəkləri" (2018) adlı şeirlər kitablarının müəllifidir.

Onun şeirləri "ZİRVƏ" Poeziya antologiyasında (2015-2020), "Sazlı-sözlü Borçalı" (2018-2020) və "Canım Azərbaycanım" (2019-2020) ədəbi məcmuələrində oxucular tərəfindən böyük maraqla qarşılanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!