Salmanov qardaşları saxlanıldılar - Səbəb

saytların hazırlanması

Evə çatdırılma

Salmanov qardaşları saxlanıldılar - Səbəb

Kriminal

05 Aprel 2025 18:36 476


Oğurluq edən şəxslər polis tərəfindən saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonunda iki nəfərə məxsus ümumilikdə 700 manat dəyəri olan velosipedlərin oğurlanması barədə ərazi üzrə polis orqanına məlumat daxil olub. Daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 45 yaşlı F.Salmanov və qardaşı 39 yaşlı E.Salmanov polis əməkdaşları tərəfindən saxlanılıblar. Toyuqlu pizza

Daha bir oğurluq hadisəsi isə Qaradağ rayonunda baş verib. Bir nəfər içərisində 634 manat olan pul kisəsinin oğurlandığı barədə polisə məlumat verib. Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən üç nəfər saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!