Salyanda 25 yaşlı qadının qətlinin təfərrüatları məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Salyanda 25 yaşlı qadının qətlinin təfərrüatları məlum oldu

Kriminal

16 Avqust 2023 18:16 1492


Salyanda 25 yaşlı qadının qətli ilə bağlı cinayət işi açılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, avqustun 16-sı saat 15 radələrində Salyan rayonu ərazisində 1998-ci il təvəllüdlü Günel İbrahimovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Marqarita pizza

İlkin araşdırma zamanı 1993-cü təvəllüdlü Qaraş İbrahimovun aralarında yaranmış mübahisə zamanı arvadı Günel İbrahimovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qaraş İbrahimov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Fakta görə Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!