Salyanda dələduzluqda ittiham olunan şəxs həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Salyanda dələduzluqda ittiham olunan şəxs həbs olundu

Kriminal

05 May 2023 17:47 780


Salyanda axtarışda olan paytaxt sakini saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, bu, dələduzluqda ittiham olunan, əvvəllər məhkum edilmiş Faiq Abiyevdir.

O, zərərçəkənin etibarından istifadə edərək, ondan bir yaxınının dayandırılan təqaüdün bərpa olunmasına görə 3700 manat, həbsdə olan bir qohumunun sərbəst buraxılmasına görə isə 6500 manat alaraq, ümumilikdə zərərçəkənin 10200 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Pepperoni pizza

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb.

F.Abiyev barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!