Salyanda iki avtomobil toqquşdu:   Yaralılar var

saytların hazırlanması

Evə çatdırılma

Salyanda iki avtomobil toqquşdu: Yaralılar var

Hadisə

19 İyun 2022 22:50 927


Salyanda baş verən yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.

Yenisabah.az xəbər verir ki, hadisə Aşağı Kürkənd kəndində, Kür çayı üzərindəki körpüdə qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Qəza nəticəsində rayonun Cəngan kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Vüqar Qardaş oğlu və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir – red.) müxtəlif dərəcəli xəsarətlər alıb. pizza

V.Məmmədov Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, digər yaralının xəsarəti yüngül olduğundan ilk tibbi yardımdan imtina edib.

Faktla bağlı araşdırma aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!