Şamaxıda 40 evi yarmış oğru “iş başında“ tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Şamaxıda 40 evi yarmış oğru “iş başında“ tutuldu

Kriminal

20 Fevral 2023 12:07 761


Şamaxıda evlərdən oğurluqlar edən şəxs saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, yanvar-fevral aylarında 4 evə daxil olan naməlum şəxs ümumi dəyəri 1600 manatdan artıq olan mobil telefonlar, fotoaparat, planşet, televizor avadanlıqları və digər əşyaları oğurlayıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Zamir İmanov elə “iş başında” yaxalanıb. O, ifadəsində rayon ərazisindəki yaşayış olmayan daha 40-a yaxın mənzildən oğurluq etdiyini  və əldə etdiklərini yaşadığı evin həyətyanı sahəsindəki tövlədə gizlətdiyini bildirib. Toyuqlu pizza

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!