Şamaxıda avtomobil dərəyə aşdı: Bir ailənin beş üzvü...

saytların hazırlanması

Evə çatdırılma

Şamaxıda avtomobil dərəyə aşdı: Bir ailənin beş üzvü...

Hadisə

10 İyun 2022 17:01 1116


Bu gün saat 15:00 radələrində Muğanlı-İsmayıllı yolunun 4-cü kilometrliyində, Şamaxı rayonu ərazisində ağır avtomobil qəzası baş verib. 

APA-nın xəbərinə görə, İsmayıllı rayonu Zeybət kənd sakini, 1940-cı il təvəllüdlü Babayev Nəsib Əbülfəz oğlu 90-ME-312 dövlət nömrə nişanlı VAZ-2115 markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq dərəyə aşıb.

Hadisə zamanı avtomobildə olan bir ailənin 5 üzvü –1940-cı il təvəllüdlü Babayev Nəsib Əbülfəz oğlu, 1995-ci il təvəllüdlü Babayeva Solmaz Ümid qızı, 2021-ci il təvəllüdlü Babayev Məhəmməd Şahin oğlu və onun azyaşlı bacısı, eləcə də uşaqların nənəsi xəsarət alıb. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Sezar pizza

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!