Şamaxıda iki yeniyetmə avtomobil qaçırdı:   Qəza törətdilər

saytların hazırlanması

Evə çatdırılma

Şamaxıda iki yeniyetmə avtomobil qaçırdı: Qəza törətdilər

Hadisə

21 Dekabr 2022 12:35 732


Ötən gün gecə saatlarında Şamaxı şəhər sakininə məxsus “VAZ-2106” markalı avtomobilin yaşadığı evin qarşısından naməlum şəxslər tərəfindən qaçırılması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən iki yeniyetmə saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, onlar avtomobili qanunsuz olaraq ələ keçirdikdən sonra rayonun Əngəxəran kəndi istiqamətində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədiblər. Sezar pizza

Hadisə nəticəsində hər ikisi müxtəlif dərəcəli bədən xəsarətləri alsalar da, nəqliyyat vasitəsini tərk edərək oradan uzaqlaşıblar.

Daha sonra polis əməkdaşları tərəfindən həmin şəxslər tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!