Şamaxıda qohumunu güllələyərək qətlə yetirən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Şamaxıda qohumunu güllələyərək qətlə yetirən şəxs saxlanıldı

Kriminal

21 Dekabr 2023 21:11 1319


Şamaxıda polisin qohumunu güllələyərək qətlə yetirməsinin təfərrüatı məlum olub.

Yenisabah.az xəbər verir ki, hadisə Şamaxı Rayon Polis Şöbəsində baş verib.

Belə ki, münaqişə zamanı 33 yaşlı Saday Əlismayıl oğlu Manafov xidməti silahı ilə bibisi oğlu 44 yaşlı Rəfail Qərib oğlu Feyzullayev odlu silahla qətlə yetirib. Bundan sonra S.Manafov intihara cəhd etsə də, polis əməkdaşlarının ayıq davranması ilə intiharın qarşısını alınıb və o, saxlanılaraq istintaqa təhvil verilib. Sezar pizza

Hazırda rayonun hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerinə cəlb olunublar.

Qətlə yetirilən Rəfail Feyzullayevin meyiti isə müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil verilib.

Şamaxı Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı S.Manafovun aralarındakı şəxsi münasibətləri zəminində qohumu R.Feyzullayevi silahdan bir neçə dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Saday Manafov iş üzrə prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!