Şamaxıda torpaq sürüşməsi aktivləşdi

saytların hazırlanması

Evə çatdırılma

Şamaxıda torpaq sürüşməsi aktivləşdi

Sosial

14 Yanvar 2025 21:27 208


Şamaxı-Qonaqkənd avtomobil yolunda torpaq sürüşməsi baş verib.

Yenisabah.az xəbər verir ki, sürüşmə nəticəsində yolun bir neçə nöqtəsində asfalt örtüyündə çökmələr və iri çatlar əmələ gəlib. Bəzi hissələrində hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, yolda 3-4 metr uzunluğunda iri və xırda çatlar yaranıb.

Yolun digər tərəfində isə asfalt örtüyü dağılıb. Yolun bir hissəsinin uçması səbəbindən kəndə gediş-gəliş də çətinləşib. Pepperoni pizza

Sakinlərin sözlərinə görə, sürüşmə hər gün davam edir.

Xatırladaq ki, sözügedən avtomobil yolu 2019-cu ildə inşa edilərək istifadəyə verilib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!