Şamaxıda xəstə atları kəsib satmaq istəyən şəxslər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Şamaxıda xəstə atları kəsib satmaq istəyən şəxslər saxlanıldı

Kriminal

07 Avqust 2023 17:18 2076


Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən istehlaka yararsız at ətinin satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Çarhan kəndində Səxavət Cəfərova məxsus fermanın ərazisində əsasən ucuz qiymətə alınan xəstə atların kəsilməsi barədə polisə əməliyyat məlumatı daxil olub.

Keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Mehman Cəfərov, Şamaxı sakini Ağacan Sadıqov və fermanın sahibi Səxavət Cəfərov saxlanılıblar. Toyuqlu pizza

Əraziyə baxış keçirilərkən 300 kiloqrama yaxın at əti aşkar edilib. Araşdırma zamanı məlum olub ki, M.Cəfərovun başçılıq etdiyi həmin şəxslər əsasən xəstə atları ucuz qiymətə alaraq onları kəsib və ətini Bakı şəhərinə apararaq orada satmaq niyyətində olublar. Həmin ətlərdən müvafiq nümunələr götürülərək laborator müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə təhvil verilib, qalan hissəsi ilə yandırılaraq məhv edilib.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!