Samuxda narkokuryer ələ keçdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Samuxda narkokuryer ələ keçdi - Foto

Kriminal

21 Yanvar 2024 16:27 724


Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Samux rayonu ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırmalar zamanı məlum olub ki, Quba rayon sakini Azad Rəsulov Samux rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb. pizza sifarişi

Həmin şəxs saxlanılaraq polis şöbəsinə gətirilən zaman əlindəki çantadan ümumi çəkisi 11 kiloqrama yaxın olan marixuana, heroin və metamfetamin kimi müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülüb. Qeyd edək ki, Şöbə əməkdaşlarının cari ilin müvafiq dövrü ərzində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 18 fakt üzrə 13 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!