“Sanksiyalar dünya neft bazarına dəhşətli təsir göstərəcək“   - Türkiyəli rəsmi

saytların hazırlanması

Evə çatdırılma

“Sanksiyalar dünya neft bazarına dəhşətli təsir göstərəcək“ - Türkiyəli rəsmi

Dünya

09 Mart 2022 10:50 2338


"Ukrayna hadisələri ilə əlaqədar Qərbin Rusiyaya qarşı iqtisadi sanksiyaları dünya neft bazarına dəhşətli təsir göstərəcək".

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Türkiyənin enerji və təbii ehtiyatlar nazirinin müavini Alparslan Bayraktar bildirib.

O, Hyustonda keçirilən CERAWeek beynəlxalq enerji konfransının kuluarında Qərbin Rusiyaya tətbiq etdiyi məhdudiyyətləri şərh edib: pizza hut

"Əslində, bu qərarın hansı təsirə malik olacağını bilmirəm. Bununla belə, ABŞ-ın İrana qarşı sanksiyaları da daxil olmaqla, əvvəlki bütün sanksiyaları bazarlara və regiona, o cümlədən Türkiyəyə zərər vurub. Sanksiyaların digər ölkələrə və regionlara da müəyyən təsirləri olacaq”.

Nazirin fikrincə, koronavirus pandemiyasının tənəzzülü və qlobal iqtisadiyyatın bərpası fonunda ölkələr neft hasilatını artırmalıdır.

"Rusiya neftini dünya bazarında əvəz etmək çox çətin olacaq. O, dünyanın ən böyük neft istehsalçısıdır", - deyə Bayraktar vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!