Şantaja görə həbs edilən sayt rəhbərlərinin məhkəməsi başladı

saytların hazırlanması

Evə çatdırılma

Şantaja görə həbs edilən sayt rəhbərlərinin məhkəməsi başladı

Kriminal

06 Fevral 2025 19:23 289


“Turantv.az” saytının rəhbəri Ramin Sadıqlı və “bölgeinfo” saytının təsisçi və baş redaktoru Vüqar Quliyevin ittiham olunduqları cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 17-nə təyin edilib. Toyuqlu pizza

Qeyd edək ki, Ramin Sadıqlı və Vüqar Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Onlar 10-dan artıq vətəndaş barəsində rəhbərlik etdiyi saytlarda rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb etməkdə təqsirləndirilir. Daxil olan şikayətlər üzrə aparılan araşdırmalarla onlara qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!