Saray körpüsünün söküntüsünə başlanıldı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Saray körpüsünün söküntüsünə başlanıldı - VİDEO

Sosial

19 Dekabr 2024 16:36 312


Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpü keçidinin sökülməsinə başlanılıb.

Yenisabah.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, avtomobil yolu tamamilə bağlanılıb və hərəkət dayandırılıb.

Qeyd edək ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən və 1970-ci illərdə inşa edilmiş körpü keçidinə aidiyyəti qurumların mütəxəssisləri tərəfindən birlikdə baxış keçirilib və məsələ Nəqliyyatı Əlaqələndirmə Şurasında müzakirəyə çıxarılıb. Körpüdə aparılmış müayinə və sınaqların nəticəsinə əsasən, konstruksiyada yükgötürmə qabiliyyətini aşağı salacaq qüsurların mövcud olduğu və körpünün qəzalı vəziyyətdə olduğu aşkar edilib.  Sezar pizza

Nəqliyyatı Əlaqələndirmə Şurasında mütəxəssis rəyləri və müzakirələrin  nəticəsi nəzərə alınaraq, körpünün sökülməsi və yerində yeni körpünün inşa edilməsi barədə qərar qəbul olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!