Saray qəsəbəsində 7 küçə yenidən qurulur - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Saray qəsəbəsində 7 küçə yenidən qurulur - Fotolar

Sosial

04 Yanvar 2021 15:19 781


Abşeron rayonunun Saray qəsəbəsinin 7 küçəsi yenidən qurulur.

Yenisabah.az xəbər verir ki, RİH başçısı İradə Gülməmmədova görülən işlərlə yerində tanış olmaq məqsədi ilə əraziyə baxış keçirib.

Bildirilib ki, asfaltlanma işləri Saray qəsəbəsinin 7 küçəsini - Hacıbaba Səmədov, Ənvər Məmmədxanlı, Ayna Sultanova, Əhməd Cavad, Həsən Turabov, Xudu Məmmədov və Məhəmməd Hadi  küçələrini əhatə edəcək. Layihənin ümumi uzunluğu 4 km-dir və 21 min kvadratmetr sahəyə  asfalt örtüyü çəkiləcək.  Dominos pizza

Yenidənqurma işlərinə uyğun olaraq küçələrdə beton-bərkitmə işləri aparılıb. Hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastruktur yaradılaraq vətəndaşların istifadəsinə veriləcək. 

Daha sonra sözügedən küçələrin sakinləri ilə görüşən başçı qəsəbənin problemləri, həlli vacib olan məsələləri ilə maraqlanıb. 

Sakinlər qəsəbənin yollarının asfaltlanması ilə əlaqədar cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildiriblər. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!