Saray qəsəbəsində qətl: Qayınata könüllü təslim oldu

saytların hazırlanması

Evə çatdırılma

Saray qəsəbəsində qətl: Qayınata könüllü təslim oldu

Kriminal

18 Yanvar 2024 17:42 1108


Abşeron rayonunda qohumunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Yenisabah.az xəbər verir ki, bu barədə Abşeron rayon prokurorluğu məlumat yayıb.

Yanvarın 18-i saat 14 radələrində 1989-cu il təvəllüdlü Elvin Ələkbərovun Saray qəsəbəsi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. pizza mizza

Aparılan araşdırma zamanı 1975-ci il təvəllüdlü Tayır Tayırovun aralarında yaranmış mübahisə zamanı qohumu Elvin Ələkbərova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Tayır Tayırov könüllü olaraq istintaqa təslim olub və iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!