Saxlanıldığı deyilən “Limonçik” yenidən “TikTok”a qayıdıb - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Saxlanıldığı deyilən “Limonçik” yenidən “TikTok”a qayıdıb - Fotolar

Sosial

15 Yanvar 2025 18:58 286


Abşeron və Suraxanı rayonlarında avtomobillərdən dövlət qeydiyyat nişanlarını oğurlayan şəxslərdən biri olan və saxlanıldığı deyilən "Limonçik" ləqəbli Əli İsmayıllı artıq bir neçə gündür ki, "TikTok" platformasında canlı yayımlar açmağa başlayıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Əli İsmayıllı yeniyetmə olduğu üçün Cinayət Məcəlləsininə uyğun olaraq ailəsinin iştirakı ilə onunla profilaktik söhbət aparılıb.

Xatırladaq ki, Ə.İsmayıllı və digər saxlanılan şəxslər dövlət qeydiyyat nişanlarının sahiblərinə Qazaxıstan Respublikasına məxsus nömrələrlə zəng edərək pul tələb ediblər. Marqarita pizza

Onların Abşeron rayonu, Xırdalan şəhəri ərazisində "Toyota", "Hyundai", "Range Rover" və "Mercedes-Benz" markalı daha 5 avtomobilin dövlət qeydiyyat nişanlarını oğurladıqları məlum olub.

Qeyd edək ki, bir müddət öncə Rusiyada limon satmaqla sosial şəbəkələrdə məşhurlaşan Ə.İsmayıllının saxlanılması barədə xəbər çıxmışdı.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!