Şaxta, duman,  külək… -   Bazar gününün havası

saytların hazırlanması

Evə çatdırılma

Şaxta, duman, külək… - Bazar gününün havası

Sosial

14 Dekabr 2024 13:24 347


Bakıda və Abşeron yarımadasında dekabrın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a  verilən məlumata görə, gecə bəzi şəhərətrafı ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi əvəz olunacaq. Dominos pizza

Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti olacaq. Atmosfer təzyiqi 775 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmusuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 4-8° isti, dağlarda gecə 8-13°, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 5-10° şaxta olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!