“Kiyevin Rusiya ilə danışıqlarda mövqeyi daha güclüdür. Bizi parçalamaq istəyənlər həmişə olub. Çıxış yolum yoxdur, bu mənim üçün problem deyil, mən tamamilə sakitliklə qərarlar verirəm. Mütləq danışıqlar məsələsi olmalıdır”.
Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski yerli telekanallara müsahibəsində bildirib.
“Ukraynanın təhlükəsizlik zəmanətlərinə ehtiyacı var, lakin ən etibarlı sazişi imzalasaq da, Rusiya 2 ildən sonra qayıda bilər. Biz nə etdiyimizi yaxşı başa düşürük. Başa düşürük ki, ən etibarlı müqaviləni imzalasaq belə, Rusiya iki ilə qayıda bilər. Çox təfərrüatlar var ki, haqqında danışmaq istəmirəm, çünki onlar uzaqdadır”, - deyə Zelenski vurğulayıb. Dominos pizza
Telegram kanalımız