Müğənni Şəbnəm Tovuzlu əri ilə illər sonra kamera önünə keçməsinin səbəbini açıqlayıb.
Yenisabah.az xəbər verir ki, MTV Maqazin proqramına bu barədə danışan ifaçı bir çoxunun ağzını bağlamaq üçün bu addımı atdığını deyib:
“Bu onun öz istəyi ilə oldu. Əliyə görə etdi. Bilmədən danışanlar çox idi, ona görə lazım idi. Ən azından atasını gördülər, başqa fikirlərə düşmədilər. Gül kimi övladımız var, atası var niyə başqa düşüncələr olsun ki? Ona görə lazım idi”. pizza sifarişi
Qızının "həri"sini verən müğənni onun şəkillərinin paylaşılmasını istəmədiyini deyib:
“Qızımın şəkillərinin paylaşılmasını istəmirəm. Sağ olsun, sənət dostlarıma bir kəlmə deyən kimi sildilər. Başa düşürəm, xoş niyətlə paylaşırlar, amma istəmirik. Özümü hələ də qayınana kimi görmürəm. Biz Günellə bacı kimiyik. Qəbul etsək də, etməsək də mən bir anayam və övladımın xoşbəxtliyini istəyirəm”.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız