Şəbnəm Tovuzlu yəhudilərin etirazından danışdı: “Mən özüm şəhidlərimizə görə...”

saytların hazırlanması

Evə çatdırılma

Şəbnəm Tovuzlu yəhudilərin etirazından danışdı: “Mən özüm şəhidlərimizə görə...”

Şou

18 Sentyabr 2022 10:46 40263


Mətbuatda müğənni Şəbnəm Tovuzlunun İsraildə keçiriləcək konserti ilə bağlı maraqlı xəbər yayılıb. Xəbərə görə, vaxtı ilə Azərbaycanda yaşayıb sonra İsrailə köçən yəhudilər müğənni Şəbnəm Tovuzlunun orada nəzərdə tutulan konsertinə etiraz edib.

Onlar ölkəmizdə 79 şəhidimizin və onlarla yaralımızın olduğunu, İsraildə bütün mədəni tədbirlərin təxirə salındığını bildirərək, Şəbnəm Tovuzlunun İsrailə səfər etməməsini tələb ediblər.

Bundan başqa, sənətçinin köməkçisinin jurnalistə konsert layihəsinin təxirə salınması ilə bağlı danışıqların getdiyini bildirməsi də qeyd olunub.  Dördpendirli pizza

Yenisabah.az müğənninin özü ilə əlaqə saxlayıb. Şəbnəm Tovuzlu yəhudilərin konsertə etiraz etməsi xəbərini yalanlayıb:

"Bu məlumat yalandır. İki ay əvvəldən İsraildə konsertin təşkil olunacağı ilə bağlı anons verilirdi. 

Əksinə, mən özüm şəhidlərimizə görə konsertimi təxirə salmışam. Onlar nə qədər məndən gəlməyimi tələb etsələr də, razılaşmamışam. 

Orada bizim təşkilatçılığa qarşı olan başqa bir qrup da var. Bu, onların qurması və yalanıdır. Məndən savayı, digər bir-iki müğənninin konsert anonsları olub, amma tamaşaçılar gəlməyib. Bizdə isə bilet satışı çox gözəl olub. 

Hər kəs məndən çox yüksək səviyyədə konserti verəcəyimi gözləyib, sadəcə, mən məlum məsələylə bağlı imtina etmişəm. Yəni, heç bir etiraz olmayıb. Konsert isə təxirə salınaraq oktyabrın sonuna danışıldı".

İmamət İsmayılova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!