Seçkidən seçkiyə: Azərbaycan növbəti marafona hazırlaşır?

saytların hazırlanması

Evə çatdırılma

Seçkidən seçkiyə: Azərbaycan növbəti marafona hazırlaşır?

Siyasət

08 Fevral 2024 13:08 925


Növbədənkənar prezident seçkilərindən sonra ölkədə daha bir seçkinin keçiriləcəyi ilə bağlı müzakirələr davam edir. Belə ki, konstitiusiyaya əsasən bu ilin noyabrında Azərbaycanda parlament seçkiləri keçirilməlidir. Lakin həmin seçkilərin COP29 tədbiri ilə üst-üstə düşməsi və bununla əlaqədar olaraq parlament seçkilərinin vaxtının dəyişdirilməsi ilə bağlı iddialar da var. 

ReAL İH üzvü, iqtisadçı Natiq Cəfərli məsələni daha ətraflı şəkildə Yenisabah.az-a müsahibəsində şərh edib: 

- Sizcə, növbəti parlament seçkiləri nə vaxt keçiriləcək?  Marqarita pizza

- Konstitusiyaya görə parlament seçkiləri hər 5 ildən bir noyabr ayının ilk bazar günü keçirilməlidir. 2020-ci ildə növbədənkənar seçkilər olduğu üçün bu fevralda baş tutdu. 

- O zaman bu ilin noyabrında parlament seçkilərinin keçirilməsi gözlənilir? 

-Bəli, böyük ehtimalla, 2024-cü ilin noyabrında Milli Məclisə seçkilər olacaq. 

- Bu ilin 11-24 noyabr tarixlərində ölkəmizdə irimiqyaslı tədbir - COP29 baş tutacaq və Azərbaycana ən azı 80 min qonağın gələcəyi gözlənilir. Belə bir məqamda parlament seçkilərinin keçirilməsinin vaxtı dəyişdirilə bilər? 

- Düşünürəm ki önə çəkilə bilər, hətta yayda da ola bilər. Amma referendumun keçirilə biləcəyi ilə bağlı ehtimal da var. Deyilənə görə, hakimiyyət dairələrində referendumun keçirilməsi də müzakirə olunur. Əgər referendum olsa və konstitusiyada qeyd olunan noyabr sözünü çıxarsalar, o zaman 2025-ci ilin fevralında, yəni növbədənkənar seçkilərin 5-ci ilinin tamamında seçkilər keçirilə bilər. 

Nazim Hacıyev 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!