“Sədərək” gömrüyünün 2 əməkdaşı həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

“Sədərək” gömrüyünün 2 əməkdaşı həbs olundu

Kriminal

17 Noyabr 2023 11:13 1429


"Sədərək" gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyə Respublikasından ölkə ərazisinə nəzarətsiz keçirilməsi faktı ilə bağlı Muxtar Respublika Prokurorluğunda başlanan cinayət işi üzrə istitaq davam etdirilir.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, həmin cinayət işi üzrə Naxçıvan Baş Gömrük İdarəsinin "Sədərək" gömrük postunun 2 əməkdaşı təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin 200-1.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi), 200-1.2.3 ( külli miqdarda törədildikdə ) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan olunub. Onların barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Naxçıvan Muxtar Respublika Prokurorluğunun mətbuat xidməti APA-ya məlumatı təsdiqləyib. pizza mizza

Hazırda ibtidai istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!