“Sədərək” Ticarət Mərkəzindən qərar: “Yer pulu alınmayacaq” 

saytların hazırlanması

Evə çatdırılma

“Sədərək” Ticarət Mərkəzindən qərar: “Yer pulu alınmayacaq” 

Sosial

23 Dekabr 2020 09:12 1288


"Sərt karantin müddətində "Sədərək" Ticarət Mərkəzi fəaliyyət göstərmədiyi üçün sahibkarlardan yer pulu alınmayacaq".

“Yeni Sabah” bildirir ki, bunu redaktor.az-a açıqlamasında "Sədərək" Ticarət Mərkəzinin Mətbuat katibi Kəmaləddin Qədim deyib. O, karantin müddətində sahibkarlardan yer pulunun alınması məsələsinə aydınlıq gətirib:

"Bundan əvvəlki karantin rejimində olduğu kimi, "Sədərək"də fəaliyyət göstərən mağazalar karantin müddətində fəaliyyət göstərmədiyi üçün onlardan yer pulu alınmayacaq". Sezar pizza

Qeyd edək ki, koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!