“Sədərək”də 20 mağaza yanıb 

saytların hazırlanması

Evə çatdırılma

“Sədərək”də 20 mağaza yanıb 

Hadisə

09 Yanvar 2023 11:23 1116


Fövqəladə Hallar Nazirliyi ötən gün “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın barədə yeni məlumat yayıb. 

FHN-dən Yenisabah.az-a bildirilib ki, yanvarın 8-də Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi təxminən 10 hektar olan “Sədərək” ticarət mərkəzinin ərazisində yerləşən “Şirniyyat” bazarında ümumi sahəsi 1700m² olan bir-birinə bitişik 20 müxtəlif təyinatlı mağaza 800m² sahədə yanıb. Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub. pizza hut

Hadisə nəticəsində 4 nəfər tüstüdən yüngül zəhərlənib, 1 nəfər yüngül bədən xəsarəti alıb.

Yanğınla əlaqədar araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!