Azərbaycan-Türkiyə sərhədindəki "Sədərək” gömrük postunda 250 ədəd patron aşkar edilib.
Yenisabah.az xəbər verir ki, Azərbaycandan tranzit keçməklə Türkiyədən İrana gedən yük nəqliyyat vasitəsi stasionar rentgen qurğusunda yoxlamaya cəlb olunub.
Müşahidə monitorunda şübhəli təsvirlərin görülməsi səbəbindən yük nəqliyyat vasitəsində aparılan əsaslı yoxlama zamanı kabinin müxtəlif yerlərindən ov silahı üçün 250 ədəd patron aşkar edilib. pizza mizza
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız