Səfir iddialara cavab verdi: “Heç vaxt Krımda olmamışam, hətta...”

saytların hazırlanması

Evə çatdırılma

Səfir iddialara cavab verdi: “Heç vaxt Krımda olmamışam, hətta...”

Siyasət

17 Mart 2021 19:14 787


Ermənistan mediasında Ukrayna Baş Prokurorluğunun Azərbaycan Respublikasının Moldovadakı Fövqəladə və Səlahiyyətli Səfiri Qüdsi Osmanova qarşı “Krıma qanunsuz səfər” ittihamı ilə cinayət işi açdığı barədə xəbərlər yayılıb.

Yenisabah.az xəbər verir ki, səfir hətta Sovet dövründə belə Krımda olmadığını, bu xəbərlərin tamamilə yalan və uydurma olduğunu və onu ləkələmək üçün bir aydan çoxdur ki bir kampaniya başladıldığını bildirib:

“Əlbəttə ki, bütün bu yazılanlar saxtadır. Ancaq bunu ermənilər yox, bəzi azərbaycanlı fəallar başladıblar. Aydın məsələdir ki, kimsə bunu qəsdən edir. İndi bu saxta xəbərlər erməni mediası tərəfindən götürülüb. Bir daha təkrar edirəm, heç vaxt Krımda olmamışam, hətta SSRİ dövründə də. Bunu isbat etmək çox asandır”. /Caliber.az pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!