Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.
Yenisabah.az Radio Polska-ya istinadla xəbər verir ki, bu barədə nazir müavini Pavel Yablonski danışıb: "Səfirin çağırışı Vladimir Putinin dünənki çıxışına reaksiyadır. Mən öz mövqeyimizi səfirə açıq şəkildə bildirdim”.
Xatırladaq ki, iyulun 21-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirədə Vladimir Putin qeyd edib ki, “məhz Sovet İttifaqı və Stalinin mövqeyi sayəsində Polşa Qərbdə mühüm torpaqlar, Almaniya torpaqları alıb”. pizza
O deyib: "Doğrudur, indiki Polşanın qərb əraziləri Stalinin polyaklara hədiyyəsidir. Varşavadakı dostlarımız bunu unudublar? Biz sizə xatırladacağıq".
Rusiya prezidenti bəyan edib ki, Polşa-Litva-Ukrayna hərbi birləşməsinin yaradılması planları Qərbi Ukraynanın sonrakı işğalına yönəlib: "Axı, perspektiv göz qabağındadır - əgər Polşa bölmələri, məsələn, Lvova və ya Ukraynanın digər ərazilərinə daxil olsalar, o zaman orada qalacaqlar. Həm də əbədi olaraq qalacaqlar".
Telegram kanalımız