Səfirliyin 347 min manat pulunu qumarda uduzan atteşe məhkəmə zalında həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Səfirliyin 347 min manat pulunu qumarda uduzan atteşe məhkəmə zalında həbs olundu

Kriminal

05 İyun 2023 15:58 840


Azərbaycanın Koreyadakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb. 

Yenisabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirlən iclasda hökm oxunub. 

Hökmə əsasən Nəcib Osmanov külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığında təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.  Sezar pizza

Qeyd edək ki, Nəcib Osmanov səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min vəsaiti mənimsəyərək, mərc və qumar oyunlarına yönəltməkdə təqsirləndirilir. O, cinayət əməli ilə bağlı Xarici İşlər Nazirliyinə dəymiş ziyanın 77 min dollarını ödəyib. Nəcib Osmanov istintaq dövründə həbsdəolmayıb, onun barəsində müddətində həbsə alternativ qətimkan tədbiri seçilmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!