Şəfiyev: Kənar qüvvələr sülh prosesinə maneələr yaradır

saytların hazırlanması

Evə çatdırılma

Şəfiyev: Kənar qüvvələr sülh prosesinə maneələr yaradır

Siyasət

03 Noyabr 2023 11:46 600


Regiondan kənardakı bəzi qüvvələr Azərbaycanla Ermənistan arasında sülh prosesinə maneələr yaratmağa çalışırlar.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

"Əsas məqsəd gündəmdə olan sülh danışıqları və eyni zamanda, bu sülh prosesində olan təhdidləri, çağırışları müzakirə etməkdir. Hazırda sülh sazişi ətrafında danışıqlar davam etdirilir. Sülh sazişinin imzalanacağı tarixi indidən demək çətindir. Azərbaycan öz təkliflərini Ermənistana təqdim edib. Görünən odur ki, regiondan kənarda bəzi qüvvələr var, maneələr yaratmaq istəyirlər. Sülh sazişi gündəliyini birtərəfli olaraq formalaşdırmağa çalışırlar. Azərbaycana qarşı ittihamlar səsləndirir və Azərbaycan bu ittihamları rədd edir", - deyə Şəfiyev vurğulayıb. pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!