Meksikanın San Pedro Huamelula şəhərinin meri Viktor Hüqo Sosa Qarsiya timsahla evlənib.
Yenisabah.az xəbər verir ki, o, keçirilən mərasimdə “Şahzadə Alisia Rubi” adlı timsahla evlənib.
Meksikada yerli xalqın ənənəsi olaraq keçirilən toya vətəndaşlar böyük maraq göstərib. Musiqi və rəqslərin müşayiəti ilə keçirilən mərasimdə timsaha ağ gəlinlik geyindirilib. pizza hut
Qeyd edək ki, 1789-cu ildən San Pedro Huamelula qəsəbəsində həyata keçirilən ənənəyə görə, yerli xalqın lideri kiçik şahzadə adlanan və müqəddəs sayılan timsahla evlənir. Yerli əhali bu ənənə sayəsində bolluq və firavanlıq tapacaqlarına inanır.
Telegram kanalımız