Əslən Cəbrayıl rayonundan olan məcburi köçkün, tanınmış şahmat müəllimi Allahverdi Mahmudovun səhhətində problem yaranıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Alalhverdi Mahmudovun yaxın qohumu Azər Kərimov sosial şəbəkədə məlumat yayıb. Qeyd edib, Allahverdi müəllim bir müddət öncə ürək əməliyyatı keçirib. Hazırda isə şəkərdən əziyyət çəkir:
"Ürək problemiylə əlaqədar yenidən əməliyyat olunmalıdır. Lakin maddi çətinlik üzündən bu məsələ gecikir. Hər keçən gün Allahverdi müəllimi geri aparır. pizza hut
Paylaşılan kart nömrəsi və hesab mənə məxsusdur. Nömrəm 050 7213535-dir.
Bu postu Allahverdi müəllimin adından paylaşıram. Biganə qalmayacağınıza ümid edirik".
Telegram kanalımız