Şəhid ailələrinə 150 mənzil verildi

saytların hazırlanması

Evə çatdırılma

Şəhid ailələrinə 150 mənzil verildi

Sosial

24 Dekabr 2024 11:50 407


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 150 mənzil, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 33 avtomobil təqdim edib.

Yenisabah.az xəbər verir ki, bununla da növbədə dayanan bütün müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı başa çatdırılıb.

Mənzillər Bakı, Sumqayıt, Abşeron və digər regionlarda yerləşən yeni yaşayış komplekslərində yerləşir. 4 saylı DOST Mərkəzində həmin mənzillərin və avtomobillərin sənədlərinin təqdim edilməsi tədbiri olub. Marqarita pizza

Beləliklə, postmüharibə dövründə 6800-dək, ümumilikdə ötən dövrdə 16 minədək mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub.

Həmçinin daha 33 avtomobil verilməklə, növbədə dayanan bütün müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı başa çatıb. Bu kateqoriyaya aid şəxslərə postmüharibə dövründə 567, ümumən 7,7 min avtomobil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!