Şəhid ailələrinə və qazilərə hansı güzəştlər ediləcək? - Deputatdan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Şəhid ailələrinə və qazilərə hansı güzəştlər ediləcək? - Deputatdan açıqlama

Sosial

05 Dekabr 2020 19:23 1172


“Qələbəmizin əldə edilməsinə görə şəhidlərimizə borcluyuq. Artıq Azərbaycan üçün yeni mərhələ başlayır. Bu mərhələdə şəhid ailələrinin və eləcə də qazilərimizin sosial təminatının daha da gücləndirilməsi əsas prioritetlərdən olacaq”.

Yenisabah.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, hazırda şəhid ailələrinin sosial təminatının gücləndirilməsi üçün 20 istiqamət üzrə birbaşa ödənişlər və güzəştlər həyata keçirilir:

“Bura şəhid ailələrinə 11 min manatlıq sığorta ödənişdən başlayan şəhid ailələrinə xərclənən vəsaitin müvafiq mərkəzi və yerli büdcələr, pensiya və müavinətlərə çəkilən xərclərin isə Dövlət Sosial Müdafiə Fondu və dövlət büdcəsi hesabına yalnız nağdsız qaydada ödənilməsinədək müxtəlif tədbirlər aiddir. Marqarita pizza

Yeni mərhələdə şəhid ailələrinin üzvləri və qazilərimizin işlə təmin olunması da sosial siyasətin əsas hədəflərindəndir. Özünüməşğulluq və digər sosial proqramlarda şəhid ailələrinin üzvləri və qazilərimizə üstünlük veriləcək, kvotalar artırılacaq. Məşğulluğa yönəlik sosial proqramlarda şəhid ailələrinin üzvləri və qazilərimizin iştirakının daha da genişləndirilməsi üçün həmin vətəndaşlarımıza xüsusi güzəştli kateqoriya olaraq ayrıca qeyd edilməsi məqsədəuyğundur.

Bütövlükdə, ölkəmiz üçün başlanan yeni mərhələdə şəhid ailələrinin üzvləri və qazilərimiz üçün dövlət proqramları ilə yanaşı fərqli ictimai təşkilatların reallaşdırdığı layihələrin də genişləndirilməsinə ehtiyac var. Bu hər birimizdən xüsusi diqqət və qayğı tələb edir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!