“Şəhid analarının qarşısında baş əyirəm“ - Mehriban Əliyeva

saytların hazırlanması

Evə çatdırılma

“Şəhid analarının qarşısında baş əyirəm“ - Mehriban Əliyeva

Siyasət

08 Mart 2021 10:23 479


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib.

“Yeni Sabah” xəbər verir ki, M.Əliyevanın rəsmi "Instagram" hesabında yer alan təbrikdə deyilir:

"Əziz qadınlar! Toyuqlu pizza

Beynəlxalq Qadınlar Günü münasibətilə sizin hamınızı səmimi-qəlbdən təbrik edirəm! Siz zəriflik, sədaqət, xeyirxahlıq, mənəvi saflıq, gözəllik və ülvilik rəmzi olan “qadın” sözünün ucalığını ləyaqətlə qoruyursunuz.

Vətənimiz üçün layiqli oğullar tərbiyə etmiş analara ən xoş arzularımı çatdırıram! Vətən müharibəsi günlərində siz misli görünməmiş mətanət, fədakarlıq və möhkəm iradə nümayiş etdirdiniz. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların analarının qarşısında baş əyirəm.

Sizin hər birinizə möhkəm cansağlığı və ailə səadəti arzulayıram! Uca Tanrı sizi və sizin doğmalarınızı qorusun!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!