Şəhid atası vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Şəhid atası vəfat etdi

Sosial

27 Noyabr 2024 23:42 763


Bu gün şəhid Şahlar Nəzərovun atası Yaşar Nəzərov Bakıda müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada dünyasını dəyişib.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, Yaşar Nəzərov bir müddət idi səhhətindəki problemlərlə bağlı xəstəxanada müalicə alırdı. Marqarita pizza

Qeyd edək ki, Y.Nəzərov şəhid baş leytenant Şahlar Nəzərovun atasıdır. Şahlar Nəzərov 2017-ci ildə Fevral döyüşləri zamanı Xocavənd istiqamətində şəhid olub.

Mərhum Yaşar Nəzərov sabah doğulduğu Yardımlı rayonunun Peştəsər kəndində şəhid oğlu Şahlar Nəzərovun yanında dəfn olunacaq./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!