Şəhid Ədalət Abbasovun nəşinin qalıqları ailəsinə təhvil verildi

saytların hazırlanması

Evə çatdırılma

Şəhid Ədalət Abbasovun nəşinin qalıqları ailəsinə təhvil verildi

Sosial

06 İyun 2024 01:03 322


Birinci Qarabağ döyüşləri zamanı şəhid olan Ədalət Vilayət oğlu Abbasovun nəşinin qalıqları ailəsinə təhvil verilib.

"Report"un məlumatına görə, 1970-ci ildə Daşkəsən rayon Xoşbulaq kəndində anadan olmuş Ədalət Vilayət oğlu Abbasovun nəşinin qalıqları yaxınlarının yaşadığı kəndə aparılıb.

Onun nəşinin qalıqları sabah dəfn olunacaq. Dördpendirli pizza

Qeyd edək ki, Ə.Abbasov 1992-ci ildə hərbi xidmətə çağırılıb və həmin il Çıldıran uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

O, naməlum şəhid kimi Tərtər rayonunda dəfn olunan, Birinci Qarabağ döyüşlərində itkin düşmüş Azərbaycan vətəndaşlarından olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!