Şəhid olmuş hərbçi qulluqçularımızla bağlı yeni məlumat yayılıb

saytların hazırlanması

Evə çatdırılma

Şəhid olmuş hərbçi qulluqçularımızla bağlı yeni məlumat yayılıb

Sosial

15 Dekabr 2020 12:26 996


Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, dekabrın 15-dək 2756 şəhidimiz dəfn edilib.

Müdafiə Nazirliyinin (MN) Yenisabah.az-a verilən məlumata görə, dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumat təqdim olunur.

“İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir. Toyuqlu pizza

Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!”, - deyə bildirilib. 

https://mod.gov.az//images/pdf/cdbf16d1ed66e7add30cd87ecf463d41.pdf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!