Şəhid övladları bu universitetdə pulsuz oxuyacaq

saytların hazırlanması

Evə çatdırılma

Şəhid övladları bu universitetdə pulsuz oxuyacaq

Sosial

03 Yanvar 2021 20:00 1184


Sivas Cümhuriyyət Universiteti maraqlı təşəbbüslə çıxış edib. 

“Yeni Sabah” xəbər verir ki, universitetin rektoru professor Alim Yıldız Qarabağda şəhid olan əsgərlərimizin övladlarının universitetdə ödənişsiz təhsil almaları üçün lazımi tədbirləri gördüklərini açıqlayıb.

Yıldız universitetləri ilə Azərbaycan arasında yaxşı bir əməkdaşlığın olduğunu diqqətə çatdırıb: Dördpendirli pizza

"Azərbaycanlı qardaşlarımız üçün dua edirik. Qarabağda şəhid olanların övladlarını universitetimizdə oxudacağıq. Hazırda bu istiqamətdə çalışırıq. Şəhidlərimizin övladlarına sahib çıxacağıq. Onlar hamımızın övladlarıdır".

Bakı Dövlət Universiteti və Cümhuriyyət Universiteti arasında ötən il iki ortaq simpoziumun keçirildiyini xatırladan Yıldız Azərbaycandakı akademiklərlə əməkdaşlığı davam etdirəcəklərini vurğulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!