Şəhid Rəşad Atakişiyevin xanımına vəzifə verildi 

saytların hazırlanması

Evə çatdırılma

Şəhid Rəşad Atakişiyevin xanımına vəzifə verildi 

Sosial

05 İyul 2024 17:19 842


Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinə yeni direktor təyinatı olub. 

Yenisabah.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Qabil qızı Hüseynova bu vəzifəyə təyin edilib. 

K. Hüseynova 2004-cü ildən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərir. O, klassik musiqi janrlarında əsərlər və vətənsevərlik ruhunda mahnılar bəstələyib. K.Hüseynova, eyni zamanda Azərbaycan musiqi mədəniyyətinə dair elmi əsərlərin müəllifidir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.  pizza

Qeyd edək ki, K.Hüseynova şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşıdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!