Şəhid ailəsi sosial dəstək tədbirləri ilə təmin olundu -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Şəhid ailəsi sosial dəstək tədbirləri ilə təmin olundu - Foto

Sosial

22 Dekabr 2020 15:25 657


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsi şəhidlərinin ailələri və müharibə iştrakçılarının sosial müdafiəsinin gücləndirilməsi, aktiv məşğulluq tədbirlərinə cəlb olunması istiqamətində işləri davam etdirir. Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli şəhid Qasım Abdullazadənin ailəsi ilə görüşüb, onların sosial vəziyyəti ilə tanış olub.

Nazirlikdən Yenisabah.az-a bildirilib ki, Qasım Abdullazadə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Anası, qardaşı və bacısı ilə birgə yaşayıb. Ailə ilə görüş zamanı şəhidin qardaşı Orxan Abdullazadə və bacısı Təhminə Abdullazadə özünüməşğulluq proqramından yararlanmaq istədiklərini bildiriblər.

Şəhidin qardaşına istədiyi avadanlıqlar təqdim edilib. Yaxın günlərdə şəhidin bacısı üçün də proqram çərçivəsində kiçik müəssisə yaradılacaq. Şəhidin anası Mehbarə Abdullayevanın da məşğulluğu təmin edilib. O, istəyi əsasında haqqı ödənilən ictimai işə cəlb edilib. Pepperoni pizza

Bunlarla yanaşı ailəyə sosial ödənişlərin - Prezidentin aylıq təqaüdünün, həmçinin hüququ müəyyən edilməklə pensiya və ya müavinətin təyinatı həyata keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!