Şəhidimiz Saatlıda dəfn edildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Şəhidimiz Saatlıda dəfn edildi - Fotolar

Hadisə

13 Sentyabr 2022 20:25 1490


Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, kiçik gizir 2000-ci il təvəllüdlü Nəsirov Ülvi Əsədulla oğlu son mənzilə yola salınıb.

Yenisabah.az xəbər verir ki, şəhidin nəşi doğulduğu Saatlı rayonunun Qara Nuru kəndinə gətirilib.

Vida mərasimindən sonra Ülvi Nəsirov kənd qəbiristanlığında torpağa tapşırılıb. Pepperoni pizza

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.

Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

 

/APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!