Şəhidimiz Tovuzda dəfn edildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Şəhidimiz Tovuzda dəfn edildi - Fotolar

Hadisə

10 İyul 2022 20:45 2134


Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu xidməti vəzifəsinin yerinə yetirən zaman həlak olan kiçik çavuş 1990-cı il təvəllüdlü Tağıyev Novruz Tağı oğlunun nəşi bu gün Tovuz rayonunda dəfn olunub.

Yenisabah.az xəbər verir ki, Novruz Tağıyevin nəşi Koxanəbi kənd qəbiristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub, məzarı üstünə əklillər və tər qərənfillər qoyulub.

Vida mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Müdafiə Nazirliyinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Dördpendirli pizza

Dəfn mərasiminin sonunda üçrəngli Azərbaycan bayrağı Novruz Tağıyevin qardaşı Namiq Tağıyevə təqdim olunub.

Qeyd edək ki, Tağıyev Novruz Tağı oğlu iyulun 9-u axşam saatlarında baş vermiş avtoqəza nəticəsində həlak olub.

/Teleqraf.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!