Şəhidimizin yeni doğulan oğlu xəstəxanadan çıxarıldı: Atasının adı verildi - Video

saytların hazırlanması

Evə çatdırılma

Şəhidimizin yeni doğulan oğlu xəstəxanadan çıxarıldı: Atasının adı verildi - Video

Sosial

31 Dekabr 2020 13:13 1156


Vətən müharibəsində şəhid olan Şahin Allahyarovun yeni doğulan oğlu Qusar Mərkəzi rayon xəstəxanasından evə buraxılıb. 

“Yeni Sabah” xəbər verir ki, uşağa atasının adı verilib: Şahin. Xəstəxanadan çıxarılan zaman Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev də oraya gedib. Şəhidin bundan başqa Aksana adlı 3 yaşlı qızı da var.

Uşaq xəstəxanadan çıxarılaraq Qubanın Zizik kənd qəbirstanlığına atasının məzarı üstünə aparılıb və sonra evə gətirilb.  pizza

Qeyd edək ki, şəhidimiz Şahin Allahyayov "Vətən müharibəsi qəhrəmanı" fəxri adına layiq görülüb, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!